Roman Abramoviçin Quus Hiddinq sevgisi bitmir...

Roman Abramoviçin Quus Hiddinq sevgisi bitmir...

İngiltərənin "Çelsi" futbol klubunun baş məşqçisi postu, doğrudan da nağıllara və əfsanələrə bənzəyən bilməcəyə çevrilib. Siasport.az saytı xəbər verir ki, italyan məşqçi Karlo Ancelottini istefaya göndərən "zadəganlar"ın rusiyalı milyarder sahibi Roman Abramoviç, heç cürə hollandiyalı futbol mütəxəssisi Quus Hiddinqdən vaz keçmir ki, keçmir. Elə ingilis mətbuatı da Q.Hiddinqin aşiqi kimi davranır. "The Sun" və "Daily Mirror" qəzetləri, bir az da irəli gedərək R.Abramoviçin yalnız və yalnız Q.Hiddinq üzərində israr etdiyini, bunun da çox doğru qərar olduğunu yazırlar. İngilis mətbuatı, eyni zamanda futbol üzrə Türkiyə milli komandasının da baş məşqçisi olan Q.Hiddinqin taleyi barədədə proqnozlar verib. İngilis həmkarlarımız iddia edirlər ki, əgər hollandiyalı mütəxəssis, Türkiyəni "Avro-2012"-nin finalına çıxara bilməsə, o zaman onun "zadəganların" sükanı arxasına keçməsi olduqca real görünür.

Bütün xəbərlər Facebook səhifəmizdə