Artıq tam əminliklə demək olar ki, İngiltərənin "Çelsi" futbol klubunun Fil Dişi Sahillərindən olan futbolçusu Didye Droqbanın hansı kluba keçəcəyi tam yəqinləşib. Siasport.az saytı xəbər verir ki, "Çelsi"nin ulduz futbolçusunun bundan sonra İstanbulu doyunca seyr etməyə kifayət qədər vaxtı olacaq. Təbii ki, "Qalatasaray"ın futbolçusu olaraq. Dünən sizə "Qalatasaray" prezidentinin Londonda "Çelsi"nin rəhbərliyi ilə bu transfer üçün ciddi müzakirələr apardığını, həttda D.Droqbanın transferi üçün "zadəganlar"ın tələb etdikləri 7 milyon avronu 5,7 milyona qədər aşağı saldığını və bunun kuliminasiya nöqtəsi kimi isə "Qalatasaray"ın bank hesabından Londondakı bir bank hesabına 5 milyon avro pul köçürüldüyünü xəbər vermişdik. Bu gün isə artıq bütün ingilis qəzetləri bu məsələnin tamamilə həll olunduğunu, transfer haqqının isə 5,7 milyon deyil, 5 milyon avro olduğunu yazırlar. "Dail Mail" qəzeti, "Qalatasaray"ın D.Droqbanın transferini həll etməsinə o dərəcədə əmindir ki, həttda İngiltərənin "Tottenhem" futbol klubunun belə, "Qalatasaray"ın "Çelsi"yə təklif etdiyi milyonlardan sonra D.Droqbanı transfer etməkdən vaz keçdiyini yazır. Qəzet yazır ki, bütün proseslər başa çatandan sonra, D.Droqba görkəmli törənlə İstanbula gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB