"Real Madrid" klubunun ardıcıl uğursuz nəticələrə imza atması və son olaraq öz meydanında "Eybar"la 1:1 hesablı heç-heçə etməsi baş məşqçi Zinəddin Zidanın postunu silkələyib. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, 44 yaşlı mütəxəssis bu mövzuda yayılan iddialarla bağlı açıqlama verib. O qeyd edib ki, belə dedi-qoduları ciddi qəbul etmir: "Mən oyunçu yox, baş məşqçiyəm. "Real"da illərlə oynamışam, bu klubu yaxşı tanıyıram. İki uğursuz nəticə komandanı narahat edir. Hazırda yayılan dedi-qodulara qulaq asmıram. Ancaq irəli gedilsə, lazım olanı edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB