Fransa I Liqasının son turunda "Loryen"lə görüşdə oyunun sonlarında 6 dəqiqəyə 2 sarı vərəqə alaraq meydandan qovulan "Nitsa"nın hücumçusu Mario Balotelliyə göstərilən qırmızı vərəqə ləğv olunacaq. SİA-nın məlumatına görə, oyunun baş hakimi Olivye Tual səhvini boynuna alıb. O, Balotelliyə göstərdiyi 2-ci sarı vərəqədə səhvə yol verdiyini bildirib.
Futbolçuya göstərilən qırmızı vərəqə rəsmən ləğv olunacaq və 26 yaşlı forvard oktyabrın 14-də "Lion"a qarşı keçiriləcək matçda meydana çıxa biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB