"Svensi Siti" klubunda baş məşqçi dəyişikliyi reallaşıb. SİA-nın məlumatına görə, Françesko Qvidolini istefaya göndərən Uels təmsilçisi amerikalı Bob Bredli ilə anlaşıb. Qvidolinlə yolların ayrılmasına komandanın son aylar qeyri-qənaətbəxş nəticələr qazanması səbəb olub. Belə ki, "Svensi" avqustun 13-dən qələbə sevinci yaşamayıb. İtaliyalı mütəxəsis 2016-cı ilin yanvarında sözügedən kluba gəlmişdi. ABŞ millisini də çalışdırmış Bredlinin son iş yeri isə "Le Havre" olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB