Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Fransanın "Sent Etyen" klubu ciddi itki ilə üzləşib. Fransa mətbuatı yazır ki, komandanın aparıcı hücumçusu Romen Amuma zədələnib. O, dünən "Lion"a qarşı keçirilən görüşdə sol budundan xəsarət alıb. Müayinədən sonra məlum olub ki, Amumanın zədəsi ciddidir. "Sent Etyen"in aparıcı üzvü 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə o deməkdir ki, Amuna "Qəbələ"yə qarşı keçiriləcək matçlarda meydana çıxa bilməyəcək. Xatırladaq ki, "Qəbələ" "Sent Etyen"lə səfərdə oktyabrın 20-də, evdə isə noyabrın 3-də qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB