Bu gün NBC Bank Azərbaycan Kubokunun final qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, \"Xəzər Lənkəran\" və \"İnter\" qarşı-qarşıya gəliblər. Qarşılaşmanı təxminən 20 minə qədər azarkeş izləyib. Maraqlı məqamlardan biri kimi, Türkiyənin yeni çempionu olan \"Fənərbaxça\" futbol klubunun prezidenti Əziz Yıldırımın da ölkə kubokunun finalını izləyənlər arasında olmasıdır. Oyuna gəlincə, qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Hərçənd tərəflər qol hesabını açmaq üçün çox çalışıblar. Əlavə təyin edilən vaxtda isə hər şey sürətlə dəyişib. Əlavə olunan 30 dəqiqənin ilk dəqiqəsindəcə \"Xəzər Lənkəran\" Uinston Parksın qolu ilə hesabı açsa da, bundan bir neçə dəqiqə sonra Girts Karlson hesaba tarazlıq gətirib. Əlavə olunan vaxtda da hesab bərabər olduğundan qarşılaşmanın taleyi penaltilər seriyasında müəyyənləşib. Burada daha yaxşı təsir bağışlayan \"Xəzər Lənkəran\" futbol klubunun futbolçuları dəqiq zərbələrlə qələbə qazanıblar (4:2) və ölkə kubokuna sahib çıxıblar (3:5).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB