Daniel Alveş Ronaldonun "bostanına daş atdı"

Daniel Alveş Ronaldonun "bostanına daş atdı"
UEFA Çempionlar Liqasının finalında İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə qarşılaşacaq İspaniyanın "Barselona" futbol klubu, möhtəşəm finala hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, hazırlıqlar o dərəcədə sürətlə gedir ki, katalonların braziliyalı forvardı Danieş Alveş də boş oturmayaraq, əzəli rəqibləri olan "Real"da forma geyinən "qırmızı şeytanların" keçmiş futbolçusu Kriştiyano Ronaldonun "bostanına daş atıb". O, "Mançester Yunayted"in bir neçə il bundan əvvəlki vəziyyətlə müqayisədə daha güclü və gözəl futbol oynadığını deyib. Braziliyalı iddia edib ki, məhz K.Ronaldonun gedişindən sonra "qırmızı şeytanlar" daha gözəl futbol oynamağa və böyük nəticələr əldə etməyə başlayıblar. O bunu portuqaliyalının klubda yaratdığı dözülməz özbaşınalığı ilə əlaqələndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə