Artıq bu il də İngiltərə çempionluğunu təmin edən "Mançester Yunayted" futbol klubununun futbolçuları, futbol həyatlarından o qədər məmnundurlar ki, "qırmızı şeytanları" tərk etməyi heç ağıllarına da gətirmirlər. Siasport.az saytı xəbər verir ki, onların bu qənaəti, əsasən klubdakı ab-hava, maliyyə imkanları və əldə olunan uğurlarla bağlıdır. Elə "Mançester Yunayted"in bolqar futbolçusu Dmitar Berbatov kimi. İngilis qəzetlərinə müsahibə verən D.Berbatov bildirib ki, o "Mançester Yunayted"dən heç yana getmək istəmir. İngilis nəhəngi ilə daha bir il müqaviləsi olan bolqar futbolçu, klubun bir parçası olduğunu və gələn il 20-ci çempionluğu da başı üzərinə qaldırmaq istədiyini açıqlayıb. UEFA Çempionlar Liqasının finalında İspaniya təmsilçisi "Barselona" ilə münasibətlərə yalnız meydanda aydınlıq gətiriləcəyini deyən D.Berbatov, əlavə edib ki, o bu qarşıdurmada "Barselona"nı favorit saymır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB