Bu ilin 25 may tarixi UEFA tərəfindən Kütləvi Futbol Günü elan olunub. Siasport.az saytı xəbər verir ki, bununla əlaqədar AFFA tərəfindən bir neçə tədbir təşkil olunacaq. Sabah - mayın 25-də, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda saat 10:00-dan 17:00-dək Məhəllə kuboku, Bakı İdman Sarayında saat 10:00-dan saat 16:00-dək "Məktəbli kuboku"nun üçüncü yer uğrunda və final oyunları, Lənkəran şəhər Mərkəzi stadionunda isə saat 10:00-dan etibarən Grassroots festivalı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB