Bakıdakı Otüstü Hokkey Kompleksində ölkə çempionatının növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, birinci dəstədə yarışan kişi hokkeyçilər son oyunlarla ölkə çempionatının ilk dövrəsinə yekun vurublar. VI tur ərəfəsində 12 xalla şərikli lider olan "Gəncə" və "Təhsil"(Sumqayıt) komandalarının bazar günü baş tutan əyani qarşılaşmasında kifayət qədər təcrübəyə malik Gəncə hokkeyçiləri yeniyetmələrdən ibarət "Təhsil"i 3:0 hesabı ilə məğlub edərək 4 ay davam edəcək ikinci dövrə oyunlarına qədər davam edəcək istirahətə 15 xalla vahid lider kimi yollanıb. Sumqayıtlı hokkeyçilər 12 xalla 2-ci yerdə qərarlaşıblar. "Kür"(Mingəçevir) - "Atasport"(U-16) matçı elə bir prinsipiallüq kəsb etməsə də rəqiblər bir-birinə layiqli müqavimət göstərməyi bacarıblar. Nəticədə Azərbaycanın 16 yaşınadək oğlanlardan ibarət seçmə komandası 2:0 hesablı qələbə sayəsində xal ehtiyatını 9-a çatdıraraq yenə də 3-cü yerdə qalıb. Keçirdiyi 6 oyunda rəqib qapılarına yol tapa bilməyən "Kür" komandası xalsız 4-cü-sonuncu yeri tutur.
Qadın otüstü hokkey komandalarının iştirakı ilə şənbə günü 2 oyun baş tutub. Maraqlıdır ki, hər iki görüşdə tərəflərdən biri Qusarı təmsil edirdi. Həmin gün ilk olaraq meydana çıxan "Sumqayıt" və "Şahdağ" komandalarının qarşılaşmasında yalnız 1 qol vurulub. Birinci hissədə tərəflərdən heç biri fərqlənməsə də fasilədən sonra sumqayıtlıların vurduqları yeganə qol onlara qələbə qazandırıb. Qusarın digər təmsilçisi "Samur" isə debüt ilində ikinci dəfə böyük hesablı məğlubiyyətə uğrayıb. Məşqçi Fəryad Mərdanovun yetirmələri ötən ilin "gümüş" mükafatçısı "Atasport-2"-yə 0:10 hesabı ilə uduzaraq yarış cəvəlində 3-cü yerdən 4-cü pilləyə eniblər.
Mayın 29-da "Təhsil"(Bakı) – "Bakı" və "Şahdağ"(Qusar) – "Xəzər"(Lənkəran) matçları ilə qadınların yarışında da birinci dövrə yekunlaşacaq. Hazırda "Bakı" və "Atasport-2" klubları 15 xalla liderdirdirlər. Sumqayıt hokkeyçiləri 10 xalla 3-cü sıradadırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB