Qvardiola: "İstədiyimiz futbolu sərgiləyə bilmədik"

Qvardiola: "İstədiyimiz futbolu sərgiləyə bilmədik"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Tottenhem"lə matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. SİA-nın məlumatına görə, katalon çalışdırıcı bu məğlubiyyətdən dərs çıxaracaqlarını qeyd edib: "İlk qoldan sonra yenidən eyni şəkildə mübarizə aparmaq asan deyil. Son 15-20 dəqiqədə yaxşı oynadıq, amma yenə də istədiyimiz futbolu sərgiləyə bilmədik. "Tottenhem" bizdən daha yaxşı çıxış etdi. Onları təbrik edirəm. Məğlubiyyətlər futbolun bir parçasıdır. Əlbəttə, uduzacağıq, bunlar normaldır. Bəzən bu cür məğlubiyyətlər sizin inkişafınıza səbəb olur. Mən danışmaq üçün yox, iş görmək buradayam. Bu matçı yenidən təhlil edəcəyik və nələri etməli olduğumuzu görəcəyik".

Qeyd edək ki, "Mançester Siti" səfərdə "Tottenhem"ə 0:2 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə