Futbol üzrə Argentina milli komandasının sabiq baş məşqçisi Diyeqo Maradona, elə bir iddia ilə çıxış edib ki, hər kəs bir-birinə dəyib. Siasport.az saytı xəbər verir ki, buna səbəb D.Maradonanın, 1994-cü ildə keçirilən dünya çempionatında Argentina milli komandasının əksər futbolçularının qadağan olunmuş dopinqdən istifadə etdiklərini açıqlamasıdır. O, bu məsələdən o zamandan bəri hələ də Argentina Futbol Federasiyasının prezidenti postunda oturan Julio Grondonanın da xəbərinin olduğunu etiraf edib. O, yalnız Avstraliya ilə qarşılaşma zamanı ciddi şəkildə yoxlanımadıqlarını bildirib. Hazırda D.Maradonanın bu açıqlaması FİFA tərəfindən araşdırılmağa başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB