"Ayaks" "Tvente"nin futbolçusunu transfer edib

"Ayaks" "Tvente"nin futbolçusunu transfer edib

Hollandiyanın məşhur "Ayaks" futbol klubu, yeni bir futbolçu ilə 2 illik müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, Hollandiya təmsilçisi, elə bu ölkənin digər bir klubu "Tvente" ilə futbol alış-verişi edib. Belə ki, "Tvente"nin forvardı Teo Janssen artıq "Ayaks"ın futbolçusu sayılır. Hollandiya təmsilçisinin rəsmi innernet saytı da bu məlumatı təsdiq edərək, bu futbolçunun klub üçün yararlı olacağına inandıqlarını ifadə ediblər. Xatırladaq ki, T.Janssen "Tvente"nin heyətində 30 oyunda 13 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə