Emeriya daha bir il "Valensiya"nı çalışdıracaq

Emeriya daha bir il "Valensiya"nı çalışdıracaq

İspaniyanın "Valensiya" futbol klubu, baş məşqçi Unai Emeriya ilə müqavilənin müddətini bir il daha uzadıb. Siasport.az saytı xəbər verir ki, ispan təmsilçisinin rəhbərliyi, bu mövsüm La Liqada uğurla komandanı idarə edən və hazırda 3-cü sırada olan "Valensiya"nı yenidən UEFA Çempionlar Liqasına daşıyan gənc məşqçi ilə yola davam etmək qərarı alıb. Klubun rəsmi saytında yerləşdirilən informasiyada, rəhbərliyin gənc və perspektivli futbol mütəxəssisindən yeni mövsümdə daha böyük uğurlar gözlədiyi bildirilir. Beləliklə U.Emeriya 2011-2012-ci il mövsümündə də "yarasalar"ın sükanı arxasında olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə