Yaşar Rüstəmov \"Abşeron\"un uğurlarından danışıb

Yaşar Rüstəmov \"Abşeron\"un uğurlarından danışıb

"Abşeron"un nailiyyəti inkişafda olan Azərbaycan futbolunun son illərdə əldə etdiyi uğurların qısa tərkib hissəsidir". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Abşeron" klubunun prezidenti Yaşar Rüstəmov deyib. O, bu uğurların tədricən artdığını və bu həqiqətin danılmaz oduğnu qeyd edib: "Bu, ilk növbədə ölkəmizin başçısı möhtərəm İlham Əliyevin sayəsində baş verir. Onun 2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair Dövlət Programı barədə imzaladığı sərəncam bütöv bir futbol təsərüfatının fəaliyyət proqramına çevrildi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bu gün proqramı uğurla həyata keçirir. Mən fürsətdən istifadə edib bu gün AFFA rəhbərliyinə, Rövnəq Abdullayevə dərin minnətdarlığımı bildirirəm. Bu gün "Abşeron"un qazandığı nailiyyət qeyd etdiyim kimi uğurlu futbol strategiyasının bəhrəsidir. Yarışların yüksək səviyyədə təşkilinə görə PFL-ə xüsusi minnətdarlığımı bildirirəm. Eyni zamanda "Abşeron"un qısa vaxt ərzində formalaşmasında dərin təşəkkürlərimizi "Neftçi", "Qarabağ" və "Bakı" klublarının rəhbərliyinə bildirirəm. "Abşeron"un uğurlarını obyektiv işıqlandıran, komandanın üzvlərinin əməyinə layiqli qiymət verən media nümayəndələrinə çox sağ ol deyirəm. Sonda "Abşeron"un uğurunda bütün əməyi olan indsanlara klubun funksionerlərindən tutmuş sıravi üzvədək hamıya təşəkkürümü bildirirəm. Hamınıza sağ ol deyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə