İdman qayayadırmanması üzrə Respublika çempionatı keçirilib

İdman qayayadırmanması üzrə Respublika çempionatı keçirilib
Qusar rayonu Ləzə kəndi yaxınlığındakı qayalarda idman qayayadırmanması üzrə Respublika çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, iki gün ərzində idmançılar mürəkkəb dırmanış və boulderinq distansiyalarında yarışıblar.
Yarışın birinci gününün səhəri çətinlik mərhələsi üzrə təsnifat yarışları keçirilib. Təsnifat yarışlarının nəticələrinə görə yarımfinala 14 qadın və 21 kişi idmançı buraxılıb. Onlar bu mərhələdə yeni distansiyalar üzrə yarışaraq finala çıxan 8 qadın və 8 kişi idmançıları müəyyənləşdiriblər. Birinci yarış gününün axırına ancaq qadınların finalını keçirmək mümkün olub.

Növbəti gün boulderinq yarışları ilə başlayıb. İdmançılara 15 trass təklif olnub ki, bunlardan 10-nu kişilər və 10-nu da qadınlar keçməli idilər. Bu marşrutların keçilməsinə 3 saat vaxt ayrılıb, lakin cəhdlərə məhdudiyyət qoyulmayıb. Boulderinq yarışlarından sonra isə mürəkkəblik mərhələsi üzrə final yarışları baş tutub.

Qeyd edək ki, 29 mayda Qobusatan qayalarında çempionatın növbəti - sürət mərhələsi keçiriləcək. Yarışların nəticələrinə görə respublika çempionları və qalib komandalar müəyyənləşəcək, idmançılara dərəcələr veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə