Baş məşqçi istefaya göndərildi

Baş məşqçi istefaya göndərildi

İtaliya A Seriyasında baş məşqçi istefası reallaşıb. SİA-nın məlumatına görə, "Udinize"nin baş məşqçisi Cüzeppe Yakini "Latsio" ilə oyundakı (0:3) məğlubiyyətdən sonra işindən azad olunub. Son 4 turda "Udinize" klubu sadəcə 1 xal toplayıb və turnir cədvəlində 16-cı yeri tutur.

Xatırladaq ki, Yakini mayda "Udinize"nin sükanı arxasına keçmişdi. O, klubla 2 illik müqavilə imzalamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə