NBC Bank Azərbayca kubokunun finalında mübarizə aparacaq \"Xəzər Lənkəran\" komandasının kapitanı Kamran Ağayev oyun haqqında fikirlərini bildirib. Siasport.az saytı xəbər verir ki, K.Ağayev ilk öncə baş məşqçinin komandanın yanında olmasının önəmliliyindən danışıb: \"Məşqçi böyük qüvvədir. Bu, həlledici oyundur. Mirça Rednikin yanımızda olması daha yaxşıdır. Heç bir futbolçudan çəkinmirəm, sadəcə bir neçə futbolçudan ehtiyat edirəm. Final matçında öz oyunumu oynayacam, \"İnter\"in futbolçularını düşünmürəm. Uzun müddətdir ki, futbol oynayıram. Səhv ola bilər, əsas odur ki, səhv hər oyunda olmasın və nəticəyə təsir etməsin. Kubokun finalında qalib gəlmək istəyirik, ilk növbədə 90 dəqiqəni fikirləşirik. Lakin penalti seriyasına da hazırlaşırıq. \"Neftçi\" də Azərbaycanın komandasıdır, əsas odur ki, ölkəmizi xaricdə uğurlu təmsil etsinlər. Çempion olmalarına baxmayaraq, iki mövsümdür ki, bizə qalib gələ bilmirlər\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB