NBC Bank Azərbaycan kubokunun sabah keçiriləcək "İnter" - "Xəzər Lənkəran" final oyunundan öncə təşkil olunmuş mətbuat konfransında "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik KİV nümayəndələrinin suallarını cavablandırıb. Siasport.az saytı xəbər verir ki, baş məşqçi final oyunun onun üçün vacib olduğunu deyib: "Final oyunu həm mənim üçün, həm futbolçular, həm də azarkeşlər üçün çox vacib oyundur. İl boyu yaxşı işlədik. Azərbaycana gələndə çempionluq sözü vermişdim, kubok haqqında heç danışmamışdıq. Çempionluğu qazana bilmədik, kubokda qalib gəlmək istəyirik. Bu, asan olmayacaq, çünki, "İnter" yaxşı komandadır. Bu, həm də, "İnter" üçün Avroliqada iştirak baxımından son şansdır. Buna baxmayaraq, öz komandama da inanıram, kuboku qazanmaq bizim üçün də önəmlidir. Finalda bütün oyunçularımdan istifadə edə bildiyim üçün şadam. Allahdan kömək istəyirəm. Bütün oyunçularım sabahkı oyuna 100 % hazır olacaq. Bu, mənim və komanda üçün yaxşıdır. Cəzamın ləğv olunmasını normal qərar sayıram, mənim jestimdə qeyri-adi heç nə yox idi, təhqirə yol verməmişdim. Bu, final öncəsi bizim üçün xoş xəbər oldu. Rəqib komandalardan birinin baş məşqçisinin meydanda olmaması ədalətli olmazdı. "Neftçi" ilə oyunda Kamranın mövsüm ərzində, bəlkə də, yeganə səhvi idi. Gəlin, Kamranın səhvlərindən yox, onun yüksək oyunundan danışaq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq, "İnter" yaxşı komandadır, yaxşı məşqçisi var. Fikirmcə, əsasən əks-hücumda oynayacaqlar və standard vəziyyətlərə üstünlük verəcəklər. Bütün komandalara olduğu kimi, "İnter"ə də böyük hörmətim var, lakin biz öz oyunumuzu oynayacağıq. Qalib gəlməsək biabırçılıq olar. Həm klub üçün, həm də komanda üçün. Bütün oyunlara qələbə üçün çıxırıq, təəssüf ki, bəzən bu, alınmır. Çempion ola bilmədik. Uğur qazana bilməsəm gedəcəyimi istisna etmirəm. Bəlkə də, buna kimlərsə sevinəcək. Lakin, kuboku qazanacağıma inanıram. Fikrimcə, kuboku qazanmaq və ikinci təsnifat mərhələsindən yarışa başlamaq yaxşıdır. "Xəzər Lənkəran" peşəkar klubdur, bu kubok bizim üçün vacibdir, rəhbərlik futbolun inkişafı üçün vəsait xərcləyir. Bizim mərhələ keçməyimiz həm də Azərbaycan futbolunun uğuru sayılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB