Türkiyə Superliqasının 6-cı turunda "Osmanlıspor"un qonağı olan "Fənərbaxça" 1:1 hesablı heç-heçəyə imza atıb. SİA-nın məlumatına görə, qarşılaşmadan sonra qonaqların baş məşqçisi Dik Advokat futbolçuların oyunundan şikayət edib: "Əgər qələbə qazanmaq istiyirsənsə, ən yüksək səviyyədə oynamalısan. Biz ilk yarıda bunu bacarmadıq. Bunun səbəbi isə sadədir. Bir çox futbolçumuz oyunda deyildi".
Qeyd edək ki, "Fənərbaxça" 8 xalla turnir cədvəlinin 9-cu yerində qərərlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB