Kamran Ağayev penaltini belə dəf etdi

Kamran Ağayev penaltini belə dəf etdi

Millimizin futbolçusu Kamran Ağayevin qapıçısı olduğu "Boavişta" klubu Portuqaliya çempionatında 7-ci turun oyununa çıxıb. SİA-nın məlumatına görə, komanda öz meydanında "Moreirense"yə 2:0 hesabı ilə qalib gəlib. İlk dəqiqədən sonadək meydanda olan Ağayev 26-cı dəqiqədə penaltini dəf edib.

Qeyd edək ki, bu qələbə sayəsində xalını 8-ə çatdıran "Boavişta" turnir cədvəlində 13-cü pilləyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə