Vaqif Cavadov "Bakı"dan uzaqlaşdırıldı

Vaqif Cavadov "Bakı"dan uzaqlaşdırıldı

"Bakı"nın heyətindən daha bir futbolçu kənarlaşdırılıb. Siasport.az saytı xəbər verir ki, milli komandamızın üzvü Vaqif Cavadov paytaxt klubuna lazım olmayıb.
Hollandiyanın "Tvente" klubundan icarəyə götürülən 22 yaşlı forvardın oyunu baş məşqçi Aleksandr Starkovu qane etməyib. Latviyalı mütəxəssisin qərarı ilə "Bakı" rəhbərliyi Cavadovun müqaviləsini uzatmayıb və onu geri göndərib.
"Tvente"yə də lazım olmayan Vaqifin karyerasını "Qəbələ"də davam etdirəcəyi gözlənilir.
Qeyd edək ki, bundan əvvəl "Bakı"nın heyətindən Jaba, Leonardo Roşa, Mahmud Qurbanov, Rafael Əmirbəyov, Saşa Kaykut, Adnan Bərəkət, Juninyo, Ruslan Leviqa, Stefan Barbikoni və Vyaçeslav Sofroni də kənarlaşdırılmışdı.//fanat.az


Bütün xəbərlər Facebook səhifəmizdə