Necati Ateşin yenidən "Qalatasaray"a qayıtması konkretləşir. Siasport.az saytı xəbər verir ki, artıq "cim bom"un yeni baş məqşçisi olan Fatih Terim, "köhnə qvardiyanı" geri qaytarmaqda israrlıdır və bu yöndə onun ilk hədəfi "Antalyaspor"da çıxış edən N.Ateşin transferini reallaşdırmaqdır. Cəmi bir həftəyə yaxındır ki, İstanbul klubunun sükanı arxasına keçən "imperator", 2000-ci ildə UEFA Kubokunu birgə qazandığı əksər futbolçuları "Qalatasaray"da futbolçu və ya texniki heyətdə görmək istəyir. Klubun prezidenti Ünal Aysal da, "imperator"un bu istəyinə müsbət münasibət bəsləyir. Artıq klub rəhbərliyi "Amtalyaspor"da çıxış edən təcrübəli "Qalatasaray"lı futbolçu N.Ateşin transferini bu həftə ərzində həll etməyi nəzərdə tutur. Eyni zamanda "Antalyaspor" klubunun da buna etiraz edəcək halı qalmayıb. Çünki klub həm maliyyə problemləri yaşayır, həm də "Qalatasaray" prezidenti Ü.Aysal futbolçunun transferi üçün onlara elə rəqəm təklif edir ki, buna etiraz edəcək münasibət mümkünsüzdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB