Almaniya Bundesliqasındakı uğursuzluğa baxmayaraq, UEFA Çempionlar Liqasında gözlənilənlərin əksinə uğurla çıxış edərək yarımfinala qədər irəliləyən, bir neçə gün bundan əvvəl isə Almaniya Kubokunu da muzeyinə aparan "Şalke 04" futbol klubunun qapıçısı hücuma məruz qalıb. Siasport.az saytı xəbər verir ki, Kubokun qazanılması şərəfinə "Şalke 04" rəhbərliyi tərəfindən təşkil edilən mərasimdə, xoşagəlməz hadisə baş verib. Alman klubunun və futbol üzrə Almaniya milli komandasının qolkiperi olan Manuel Neuer azarkeşlərdən biri tərəfindən yumruqlanıb. Aranı qarışıq görən bir alman azarkeş, qolkiperə yaxınlaşaraq sürətlə ona yumruq zərbəsi vuraraq aradan çıxıb. Məlumata əsasən, azarkeşin "əsəbləşməsi", M.Neuerin "Bayern Münhen"ə keçəcəyi ilə bağlı danışıqların aparılması səbəb olub. Qolkiper isə, heç bir təsirin onu yolundan döndərməyəcəyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB