“Neftçi” 56 gün sonra qələbə sevinci yaşadı

“Neftçi” 56 gün sonra qələbə sevinci yaşadı

Futbol üzrə Topaz Premyer Liqasının VII turunda "Kəpəz"lə qarşılaşan "Neftçi" 2:0 hesablı qələbəyə sevinib. Apasport.az saytının məlumatına görə, ardıcıl 5 oyunda məğlub olaraq öz antirekordunu "təkmilləşdirən" "ağ-qaralar" nəhayət bu uğursuz seriyanı qıra bilib. Premyer Liqanın II turunda "Zirə"yə 0:1, III turda "Qarabağ"a 0:3, IV turda "Qəbələ"yə 0:8, V turda isə "İnter"ə 1:2 və VI turda "Sumqayıt"a 1:2 hesabı ilə uduzan "Neftçi" 56 gün sonra qələbə sevinci yaşayıb. Qeyd edək ki, hazırda aktivində 6 xal olan paytaxt təmsilçisi turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə