\"Qalatasaray\" Fatih Terimin istədiyi futbolçu üçün 3 milyon avro təklif edir!
İstanbulun \"Qalatasaray\" futbol klubu, mövsüm bitən kimi transfer siyasətini sürətlə həyata keçirməyə başlayıb. Siasport.az saytı xəbər verir ki, \"Qalatasaray\" rəhbərliyi, yeni baş məşqçi Fatih Terimin israrla klubun heyətində görmək istədiyi daha bir futbolçunun transferini də bitirmək üzrədir. Türkiyənin \"Fanatik.com\" idman saytının məlumatında qeyd olunur ki, İstanbul klubunun rəhbərliyi, çempionluq arzusu gözündə qalan \"Trabzonspor\" futbol klubunun və futbol üzrə Türkiyə milli komandasının hücumçusu Səlcuq İnanı transfer etmək üçün 3 milyon avronu gözdən keçirib. \"Qalatasaray\" prezidenti Ünal Aysal da klubun transfet siyasəti ilə məşğul olan məsul şəxslərinə bu məsələnin gələn həftənin sonuna qədər bitirilməsini tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB