Boksçu aldığı zərbələrdən dünyasını dəyişib

Boksçu aldığı zərbələrdən dünyasını dəyişib

Orta çəkidə çıxış edən britaniyalı boksçu Mayk Touell Deyl Evans ilə döyüşdə aldığı zərbələrdən dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə "Daily Mail" nəşri xəbər yayıb. Qarşılaşma cümə axşamı Qlazqo şəhərində baş tutub. Touell görüşün 5-ci raundunda ağır nokauta düşüb və rinqi xərəkdə tərk edib. Daha sonra boksçu xəstəxanaya aparılıb. Onun menecerinin sözlərinə görə, Touell ciddi zədə alıb və yalnız süni nəfəs aparatı ilə nəfəs ala bilib. Şənbə günü idmançı 26 yaşında dünyasını dəyişib. O, Evansla döyüşə qədər peşəkar rinqdə 1 heç-heçə edib və 11 qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə