\"Xəzər Lənkəran” klubu bəyanat yaydı - TAM MƏTN

\"Xəzər Lənkəran” klubu bəyanat yaydı - TAM MƏTN
\"Xəzər Lənkəran" klubu \"Neftçi\" ilə oyundan sonra polis əməkdaşları ilə yaşanan insident barədə bəyanat yayıb. Siasport.az saytı klubun bəyanatını olduğu kimi nəzərinizə çatdırır:

\"Azərbaycan Premyer Liqasının son turu çərçivəsində "Neftçi" – "Xəzər Lənkəran" oyunundan sonra polis əməkdaşları və "Xəzər Lənkəran" azarkeşləri arasında baş verən xoşagəlməz hallar klubun diqqətindən kənarda qalmayıb. Baş verənlərdən sonra "Xəzər Lənkəran" rəhbərliyi və DİN-in səlahiyyətli şəxsləri arasında görüş keçirilmiş və yuxarıda göstərilən olaylar müzakirə edilmişdir. Klub rəhbərliyi polis əməkdaşlarının tətbiq etdiyi qeyri adekvat güc tədbirləri ilə bağlı öz narahatlığını bildirib və belə halların təkrar olunmamasına ümidvar olduğunu ifadə edib. Öz növbəsində qarşı tərəf gələcəkdə belə insidentlərin yaşanmaması üçün polisin daha diqqətli olacağını vəd edib.

Klub olaraq bəyan edirik ki, "Xəzər Lənkəran" polis orqanları ilə heç bir zaman heç bir problem yaşamayıb və gələcəkdə də hər hansı problemin yaşanmaması üçün öz səlahiyyətləri daxilində tam gücü ilə çalışacaq. Son oyunda yer alan insidentlər isə ayrı-ayrı şəxslərin təxribatı nəticəsində meydana gəlib və istər klub rəhbərliyi, istər polis orqanları bunlarda maraqlı ola bilməz.

"Xəzər Lənkəran" Futbol Klubu gələcəkdə bu cür hallara yol verilməyəcəyinə və səfər oyunları zamanı qanun keşikçiləri tərəfindən klubun azarkeşlərinin təhlükəsizliyinin yüksək səviyyədə təmin olunacağına ümid edir\".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com