"Fənərbaxça"nın Almaniyanın "Borussiya Dortmund" klubunda forma geyinən türk futbolçu Nuri Şahini transfer edəcəyi haqda yayılan xəbərlər həqiqəti əks etdirmir. SİA-nın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat dərc edilib. Məlumatda bildirilir ki, sözügedən orta sahə oyunçusunun dövrə arasında icarəyə götürələcəyi ilə bağlı yayılan xəbərlər sadəcə kimlərinsə xəyalının məhsuludur: "Klubumuzun Nuri Şahinlə bağlı heç bir planı yoxdur. Yayılan yanlış xəbərlər bəzi menecerlər və jurnalistlərin xəyal gücüdür. İctimaiyyətdən yalan xəbərlərə inanmamalırını rica edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB