Formula-1 dünya çempionatı çərçivəsində Malayziya Qran Prisi öncəsi məşqlərdə xoşagəlməz hadisə baş verib. SİA-nın məlumatına görə, "Renault" komandasının danimarkalı pilotu Kevin Maqnussenin idarə etdiyi bolid yanmağa başlayıb. 23 yaşlı pilot arxa təkərləri dəyişdirmək məqsədilə qaraja gələrkən avtomobil alışmağa başlayıb. Xoşbəxtlikdən Maqnussen xəsarət almayıb.
"Renault" komandasının nümayəndəsi Nik Çester avtomobilin yanacaq anbarında yaranan təzyiq nəticəsində yandığını və heç bir xəsarət almayan Maqnussenin bazar günü yarışda iştirak edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB