George Adamiya: "Qarabağ"ın heytində Azərbaycan Premyer Liqasının bombardiri olmağımın yığma komandaya dəvət olunmağımda az rol oynamadığını düşünürəm"

George Adamiya: "Qarabağ"ın heytində Azərbaycan Premyer Liqasının bombardiri olmağımın yığma komandaya dəvət olunmağımda az rol oynamadığını düşünürəm"
Ağdamın "Qarabağ" klubunun futbolçusu George Adamiya Gürcüstan milli komandasına dəvət alıb. Siasport.az saytı xəbər verir ki, 30 yaşlı hücumçu klubun saytına verdiyi açıqlamada bununla bağlı münasibət bildirib: "Təbii ki, hər bir futbolçu milliyə dəvət almaqdan qürur duyar. Mən də eyni duyğuları yaşayıram. Mənim üçün xoş bir sürpriz oldu. Düzdür, milliyə dəvət almışam. Amma hələ heç nə bəlli deyil. 30 futbolçu 1 gün sonra başlayan təlim-məşq toplanışına dəvət alıb. Məlum olduğu kimi, Xorvatiyaya qarşı oynayacağıq. Hər şey toplanışda bəlli olacaq. İstənilən halda milliyə dəvət almaq mənim üçün xoşdur. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. "Qarabağ"ın heytində Azərbaycan Premyer Liqasının bombardiri olmağımın yığma komandaya dəvət olunmağımda az rol oynamadığını düşünürəm. Son illərdə Avropada uğurlu çıxışımız da yaddan çıxmamalıdır. "Qarabağ"ı ən yaxşı halda təmsil etməyə çalışacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə