Avropa Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub

Avropa Liqasında qrup mərhələsinin ikinci turunun qarşılaşmalarına yekun vurulub. SİA-nın məlumatına görə, qitənin ikinci nüfuzlu turnirində həftənin ən yaxşı futbolçusu məlum olub. UEFA-nın rəsmi saytında keçirilən səsvermənin nəticəsinə əsasən "Fənərbaxça"nın futbolçusu Cermeyn Lens bütün rəqiblərini qabaqlayıb. Hollandiyalı yarımmüdafiəçi səslərin 70 %-ni qazanıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu "Fənərbaxça"nın "Feyenoord"u 1:0 hesabı ilə məğlub etdiyi görüşdə komandasının qələbəsində əsas pay sahiblərindən olub.

Bütün xəbərlər Facebook səhifəmizdə