Loahim Löv Çexiya və Şimali İrlandiya ilə oyunlar üçün heyəti açıqlayıb

Loahim Löv Çexiya və Şimali İrlandiya ilə oyunlar üçün heyəti açıqlayıb

Futbol üzrə Almaniya millisinin DÇ-2018-in seçmə mərhələsində Çexiya və Şimali İrlandiya ilə oyunlar üçün heyəti açıqlanıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yığmanın baş məşqçisi Loahim Löv sözügedən qarşılaşmalar üçün 22 futboluya dəvət göndərib.

Qapıçılar: Manuel Noyer ("Bavariya"), Bernd Leno ("Bayer" Leverkuzen), Mark-Andre ter Şteqen("Barselona")

Müdafiəçilər: Şkodran Mustafi ("Arsenal"), Yonas Xektor ("Köln"), Benedikt Hövedes ("Şalke"), Sebastian Rudi ("Hoffenhaym"), Mats Xummels, Coşua Kimmix, Jerom Boatenq (hamısı "Bavariya")

Yarımmüdafiəçilər: Sami Xedira ("Yuventus"), Toni Kroos ("Real" Madrid), İlkay Gündoğan ("Mançester Şəhər"), Məsut Ozil ("Arsenal"), Yulian Draksler ("Volfsburq"), Maks Meyer ("Şalke"), Yulian Brandt ("Bayer"), Mario Qötze, Yulian Vayql (hər ikisi "Borussiya" Dortmund)

Hücumçular: Tomas Müller ("Bavariya"), Kevin Folland ("Bayer"), Mario Qomes ("Volfsburq")

Qeyd edək ki, Almaniya DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə