“Turan Tovuz” liderliyə yüksəlib

“Turan Tovuz” liderliyə yüksəlib

Futbol üzrə Azərbaycan birinci divizionunda 4-cü turun oyunları keçirilib. Tur çərçivəsində qərb komandalarından "Turan Tovuz" doğma meydanda "Energetik"lə qarşılaşıb.

SİA-nın xəbərinə görə, gəncəli hakimlər briqadasının idarə etdiyi oyun gözlənildiyi kimi ev sahiblərinin üstünlüyü şəraitində keçib. Qarşılaşmada ilk qolu görmək üçün çox gözləmək lazım olmayıb. Artıq 5-ci dəqiqədə Rəhman Musayev toru silkələyib. 11 metrlikdən hesabı açan hücumçu az sonra dubl müəllifinə çevirilib. Topu qolkiperin başı üstündən tora atan Musayevin sevinməsinə tir mane olsa da, vəziyyəti təqib edən Rəhman ikinci cəhdində istəyinə çatıb. İlk yarının sonunda kapitan Vüsal Qarayev 3-cü topu Mingəçevir klubunun qapısından keçirib. Fasilədən sonra da qarşısılanmaz olan tovuzlular "Energetik"i müdafiədə səhvlər buraxmağa məcbur ediblər. 2-ci 45 dəqiqənin başlanğıcında Azər Məmmədov yerli azarkeşləri ayağa qaldırıb. Bu qoldan iki dəqiqə keçmiş oyunu yüksək səviyyədə keçirən Rəhman Musayev het-trikini rəsmiləşdirib – 5:0. Sakitləşməyən Əsgər Abdullayevin yetirmələri son 4 dəqiqədə daha iki dəfə autsayderin qapısına yol tapıblar. Əvvəlcə 86-cı dəqiqədə künc zərbəsi zamanı müdafiəçi yox, tovuzlu hücumçu kimi oynayan Kamran Lalayev avtoqola imza atıb. Darmadağında son qolu 90-cı dəqiqədə Elmin Çobanov vurub. 7:0.

Çempionatda 4 oyunda maksimum nəticə göstərən Tovuz klubu xalların sayını 12-yə çatdırmaqla liderliyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə