Türkiyə Superliqasının 53-cü çempionu \"Fənərbaxça\" olub. Siasport.az saytı xəbər verir ki, 79 xala malik olan \"Fənərbaxça\" və \"Trabzonspor\" mövsümün son oyunlarına çıxıblar.
Çempionluq \"Sivasspor\" - \"Fənərbaxça\" və \"Kardemir Karabükspor\" - \"Trabzonspor\" matçından sonra dəqiqləşib. Çempionluğa namizəd komandaların gözləri öz matçlarında, qulaqları isə rəqiblərin mübarizəsində olub.
Belə ki, \"Fənərbaxça\" rəqibini 3:4 hesabı ilən yenərək, 18-ci çempionluğunu rəsmiləşdirib. 4:0 hesablı qələbəyə sevinən \"Trabzonspor\" isə dünən \"Fənərbaxça\"nın qələbə qazanmaması üçün dua etsə də, duaları qəbul olmayıb. 2005-2006 illər mövsümündə və keçən il son həftədə məyus olan \"Fənərbaxça\" bu dəfə eyni səhvə yol verməyib. \"Trabzonspor\"un isə 27 illik həsrətə son qoyaraq kuboku başı üzərinə qaldırmaq istəyi puça çıxıb.
Türkiyə Superliqası
22 may
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB