Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən gənclər arasında Avropa Kubokuna yekun vurulub. JudoOnline-dən siasport.az saytına verilən məlumata görə, turnirin son günü milli yığma komandamızın qazancı cəmi bircə bürünc medal olub. Tatami üzərinə çıxmış 7 cüdoçumuzdan yalnız Hikmət Alışov (-90kq) fəxri kürsüyə qalxa bilib. İlk görüşündə Ukrayna idmançısına qalib gələn Hikmət yarımfinala çıxış mərhələsində digər yerli idmançıya məğlub olub. Bürünc medal uğrunda 3 təsəlliverici görüşdə ardıcıl olaraq belarus, özbək və ukraynalı rəqibləri üzərində "ippon" təmiz qələbə xalı ilə inamlı qələbə qazanan Hikmət turnirdə 3-cü yeri tutub.
Daha bir idmançımız Zaur Abdullayev (+100kq) bürünc medala çox yaxın olub. İlk 2 qarşılaşmasında Rusiya və Ukrayna təmsilçilərinə qalib gələn Zaur yarımfinala çıxa bilib, lakin bu mərhələdə digər yerli idmançıya məğlub olub. Bilavasitə bürünc medal uğrunda görüşdə isə o, Bolqarıstan cüdoçusuna minimal "yuko" xalı ilə uduzub və turniri 5-ci yerdə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB