Əzəli rəqibi \"Real\"dan transfer məsələsində geri qalmaq istəməyən \"Barselona\" futbol klubu, bu istiqamətdə artıq ilk addımlarını atmağa başlayıb. Siasport.az saytı xəbər verir ki, katalon təmsilçisi, İspaniya La Liqasının aparıcı klublarından olan \"Villareall\" futbol klubunun italyan forvardı Cüzeppe Rossi ilə artıq 4 illik müqavilə bağlamaq ərəfəsindədir. Başa çatmaqda olan mövsümdə həm İspaniya La Liqasında, həm də avrokuboklarda sərrast oyunu və texnikalı futbol oynamağı ilə seçilən italyan futbolçu, yenidən İspaniya çempionu olan klubun menecerlərinin diqqət mərkəzinə düşüb. İspaniyanın ən çoxtirajlı qəzetləri və agentlikləri də, artıq bağlanacaq müqavilənin bütün şərtlərinin tərəflər arasında geniş ölçüdə müzakirə olunduğunu və razılığa gəlindiyini yazırlar. Çox güman ki, katalon təmsilçisi italyan futbolçunun transferi ilə bağlı gələn həftə rəsmi açıqlama ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB