"Marça": "Maurinyo "Barselona"nı türklərlə devirəcək"?

"Marça": "Maurinyo "Barselona"nı türklərlə devirəcək"?

İspaniyanın "Real Madrid" futbol klubunun Nuri Şahinin arxasınca, Almaniya Bundesliqasında top qovan daha bir türk futbolçu Hamit Altıntopu da heyətinə qatması, bu ölkənin mətbuatında böyük müzakirələrə səbəb olub. Siasport.az saytı xəbər verir ki, artıq "Real"ın bir türk klubuna çevrildiyini yazan ispaniyalı həmkarlarımız, kral klubunun portuqaliyalı baş məşqçisi Joze Maurinyonun, yeni mövsümdə "Real"ın əzəli rəqibi olan "Barselona" ilə mübarizə planında türklərin əsas xəttdə yer almasını müzakirə edirlər. "Real"a yaxınlığı ilə seçilən "Marça" qəzeti yazır ki, Məsut Özil, Nuri Şahin və indi də Hamit Altıntopun "Real"a gəlməsi ilə J.Maurinyonun yeni mövsüm üçün nə planlar hazırladığı sehrli qutuya bənzəyir. Son iki transferin böyük klublarda futbol oynamaq təcrübələrinin olmadığını yazan "Marça", "Real"ın qarşıdakı mövsümdə də ugurlu çıxışa həsrət qalacağı qənaətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə