Fatih Terimi \"Qalatasaray\"ın baş məşqçiliyinə gətirən klub prezidenti Ünal Aysal, indi də Avropanın bir sıra səviyyəli futbolçularını transfer etmək üçün hərəkətə keçib. Siasport.az saytı xəbər verir ki, \"Bolton\"un və \"Olimpik Lyon\"un forvardlarını \"Qalatasaray\"a qazandıran 70 yaşlı iş adamının hədəfində, indi də Argentina milli komandasının və Hollandiyanın \"Az Alkmaar\" futbol klubunun qolkiperi olan Serxio Romerodur. Hollandiya klubu, bacarıqlı qolkiperin transferi üçün İstanbul klubundan 7 milyon avro tələb etsə də, qarşı tərəf bunun ancaq 5 milyon avro ola biləcəyini israr edir. \"Qalatasaray\"ın təmsilçisi Bülənd Tulun argentinalı qolkiperin meneceri Fernando Hidalgo ilə danışıqlara başlayaraq müsbət cavab aldığı, əgər hər iki klub arasında da razılaşma olarsa bu transferin qısa zamanda yekunlaşacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB