XXIII spartakiadanın proqramına daxil olan mini-futbol növü üzrə yarış keçirilib

XXIII spartakiadanın proqramına daxil olan mini-futbol növü üzrə yarış keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsi təfəfindən Bakı şəhər məktəbliləri arasında XXIII spartakiadanın proqramına daxil olan mini-futbol növü üzrə yarış Nərimanov rayonu 200 saylı məktəbin futbol meydançasında keçirilb. Siasport.az saytı xəbər verir ki, yarışda 11 rayon komandası tərkibində 110 məktəbli iştirak edib.
Yarışın nəticələrinə görə, 1-ci yerə Qaradağ rayonu 106 saylı məktəbin, 2-ci yerə Yasamal rayonu 13 saylı məktəbin, 3-cü yerə isə Sabunçu rayonu 311 saylı məktəbin komandaları layiq görülüb.
Yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tətəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.
Spartakiadanın mini-futbol növü üzrə yarışından sonra ümumi xallar hesabına görə 1-ci yeri 31 xalla Qaradağ rayonu, 2-ci yeri 39 xalla Sabunçu rayonu, 3-cü yeri isə 42 xalla Yasamal rayonu tuturlar.

Bütün xəbərlər Facebook səhifəmizdə