“ATA-Sport” “Drujba” beynəlxalq turnirində iştirak edir

“ATA-Sport” “Drujba” beynəlxalq turnirində iştirak edir
Brest vilayətinin Kobrin şəhərində kişilər arasında otüstü xokkey üzrə "Drujba" beynəlxalq turniri başlayıb. Siasport.az saytı xəbər verir ki, yarışlarda Azərbaycanın "ATA-Sport" klubu iştirak edir. Xokkeyçilərimizin rəqibləri "Minsk", "Olimpiya-Kolos Sekvoya" (Vinnitsa, Ukrayna), "Stroitel" (Brest) klublarıdır.
Qeyd edək ki, Kobrində otüstü xokkey üzrə beynəlxalq turnir ilk dəfə keçirilir. Yarışlar 2009-cu ildə tikilmiş yeni idman kompleksində təşkil olunub.
Turnir mayın 22-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə