Futbol üzrə İspaniya yığma komandasının hazırkı baş məşqçisi Visyente Del Bosqe, "Real"ın əfsanələrindən sayılan, hazırda Almaniyanın "Şalke 04" futbol klubunda forma geyinən Raul Qonzalesin istənilən vaxt İspaniya milli komandasının heyətində çıxış edə biləcəyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbol məşqçisi, yığmanın qapılarının daima R.Qonzalesin üzünə açıq olduğunu, ispaniyalı futbolçunun bu il Almaniya Bundesliqasında və UEFA Çempionlar Liqasında mükəmməl çıxış etdiyini də dilə gətirib. O bildirib ki, R.Qonzalesin hələ bir neçə il milli komandanın heyətində çıxış etməsi üçün qüvvəsi kifayət edər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB