"Qalatasaray" mövsümü 2:0 hesablı qələbə ilə başa vurdu

"Qalatasaray" mövsümü 2:0 hesablı qələbə ilə başa vurdu
Dünən Türkiyə Superliqasının bu mövsümdəki sonuncu qarşılaşmasına çıxan İstanbulun "Qalatasaray" futbol klubu, son qaşılaşmadan 2:0 hesablı qələbə ilə ayrıldı. Siasport.az saytı xəbər verir ki, bu mövsüm özünün ən ağır böhran dövrünü keçirən "cim bom", sonuncu qarşılaşmada qələbə qazanaraq, heç olmazsa mövsümü turnir cədvəlinin ortabab yerlərində bitirmək istəyirdi və buna da nail oldu. Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən İstanbul klubuna verilən cəza üzündən azarkeşlərsiz keçən qarşılaşmada, "cim bom" 11-ci dəqiqədə Kazım Kazımın və 15-ci dəqiqədə Kulionun qolları ilə qarşılaşmadan 2:0 hesablı qələbə ilə ayrılaraq mövsümü qələbə ilə başa vurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə