İstanbulun "Qalatasaray" futbol klubunun yeni baş məşqçisi Fatih Terim, artıq "cim bom"da "təmizləmə əməliyyatı"na start verib. Siasport.az saytı xəbər verir ki, "imperator", komandadan yola salınacaq futbolçuların adlarını rəhbərliyə təqdim edib. Yeni baş məşqçinin əsasən, qapıçı Zapata, futbolçulardan Aydın, İnsua, Lorik Cana və daha 6-7 futbolçu ilə yolların ayrılmasını istədiyi öyrənildi. Dünən "Qalatasaray"ın "Konyaspor"la Türkiyə Superliqasının bu mövsümdə keçirdiyi sonuncu qarşılaşmasına da gəlməyən F.Terimin, artıq komandanı bu gün hazırkı baş məşqçi Bülənd Ündərdən təhvil alacağı bildirilir. Çox güman ki, F.Terim komandada görmək istəmədiyi futbolçuları mətbuata da açıqlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB