Rail Məlikov: "Azərbaycanı Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik"

Rail Məlikov: "Azərbaycanı Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik"
"Bizə çempionluq yolunda hər cür şərait yaratdığına görə klub prezidenti Sadıq Sadıqova dərin minnətdarlığımı bildirirəm". Siasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi" PFK-nın kapitanı Rail Məlikov klubun rəsmi saytına açıqlamasında deyib. O, Premyer Liqanın qalibi olduqlarına görə sevinclərinin həddi-hüdudu olmadığını qeyd edib: "Daima bizimlə olan azarkeşlərimizə də minnətdaram. Çempionluğu "Neftçi"nin mərhum əməkdaşları - Rüfət Mehdiyev, Vahid Həmidov və Alim Məmmədovun xatirəsinə həsr edirik. Premyer Liqadakı uğurumuzu Avropa kuboklarında da davam etdirmək istəyirik. İyunun 6-da hazırlığa başlayacağıq. Azərbaycanı Avropada layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə