Əliyar Ağayev "Roma"nın əfsanəvi futbolçusuna sarı vərəqə göstərdi

Əliyar Ağayev "Roma"nın əfsanəvi futbolçusuna sarı vərəqə göstərdi

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib. Maraqlı qarşılaşmalardan biri, dünən axşam İtaliyanın paytaxtı Romada baş tutub. Belə ki, bu şəhərin eyniadlı klubu ilə Rumıniyanın "Astra" komandası arasında baş tutan görüş Azərbaycan futbolu üçün də əlamətdar olub.

Belə ki, "Stadio Olimpiko"da baş tutan görüşü azərbaycanlı hakimlər idarə ediblər. Qarşılaşmanın baş hakimi FİFA referimiz Əliyar Ağayev olub. Ona yan xətt hakimləri Zeynal Zeynalovla Orxan Məmmədov, qapı arxasında duran hakimlər - Rəhim Həsənov və Orxan Məmmədov kömək edib. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirib. Oyuna gəlincə, "Roma" meydanı 4:0 hesablı qələbə ilə tərk edib. Ağayev bütövlük 3 sarı vərəqə göstərib ki, onlardan ikisi qonaq komandaya qismət olub. Əliyar meydan sahiblərinin heyətində isə "canavarlar"ın əfsanəvi futbolçusu və kapitanı Françesko Tottiyə sarı vərəqə göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə