2016-cı ildə keçiriləcək Avropa Çempionatına ev sahibliyi edəcək şəhərlərin adları açıqlanıb. Siasport.az saytı xəbər verir ki, sözügedən ildə Fransada baş tutacaq qitə birinciliyinin oyunları 9 şəhərdə keçiriləcək.
Fransa Futbol Federasiyası artıq həmin şəhərlərin adlarını da açıqlayıb. Bunlar Bordo, Lans, Lill, Lion, Marsel, Nansi, Nitsa, Paris və Sen-Deni şəhərləridir.
Qeyd edək ki, digər şəhərlərin bütün arenaları elə məkana uyğun adlanır. Parisdə isə "Park-de-Prens", Sen-Denidə də "Stad-de-Frans"a üstünlük verilib. İlk dəfə olaraq 24 yığmanın qatılacağı Avropa birinciliyinin həlledici mərhələsində də ehtiyat şəhərlər qismində Sent-Etyen və Tuluza göstərilir.//azerisport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB