Quus Hiddinq \"PSV Endhoven\"ə kömək edəcək

Quus Hiddinq \"PSV Endhoven\"ə kömək edəcək
Futbol üzrə Türkiyə milli komandasının hollandiyalı baş məşqçisi Quus Hiddinq, ölkəsinin ən böyük futbol klubu olan \"PSV Endhoven\" futbol klubunun ağır böhran vəziyyətində olmasını nəzərə alaraq ona kömək etməyi qərara alıb. Siasport.az saytı xəbər verir ki, məşhur hollandiyalı futbol mütəxəssisi, klubun bu ağır vəziyyətdən çıxması üçün \"PSV Endhoven\" klubunun rəhbərləri ilə Amsterdamdakı evində bir araya gəlib.
Hollandiya klubunun baş direktoru Tiny Sanders hollandiyalı jurnalistlərə bildirib ki, danışıqlar onlar üçün uğurla başa çatıb və onun kluba kömək edəcəyi barədəki sözünü də böyük uğur sayırlar. Danışıqların təfərrüatları barədə heç bir məlumat verməyən T.Sanders bildirib ki, Q.Hiddinq rəsmi açıqlama olmadan danışıqların nəticələri ilə bağlı mətbuatda xəbərlərin yayımlanmasını istəmir. Onun \"PSV Endhoven\"də baş məşqçisi. yoxsa idman direktoru olacağı isə qaranlıq olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə