İtaliya A Seriyasının iddialı klublarından olan "Napoli", uruqvaylı futbolçusu Edirson Cavani ilə 2016-cı ilə qədər müqavilə imzalayıb. Siasport.az saytı xəbər verir ki, "Napoli"nin prezidenti Aurelio De Laurentis, İtaliyanın "Marte" radiosuna açıqlamasında E.Cavaninin çox texnikalı və bacarıqlı futbolçu olduğunu deyərək, klubda qalmasını çox istədiklərini dilə gətirib. İtalyan klubunun prezidenti əlavə edib ki, onlar əmindirlər ki, futbolçudan məmnun olduqları kimi, o da "Napoli"də futbol oynamaqdan məmnundur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB